Cəmiyyət

Xaricdə dövlət hesabına oxumaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başlayır

16 Fevral 2026 12:50
Baxış: 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ili üzrə sənəd qəbuluna start veriləcək.

Milli.Az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sənəd qəbulu aprelin 15-də başlayacaq.

Bildirilir ki, Dövlət Proqramı çərçivəsində 2026-2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür.

 

Dövlət Proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiq linklərdən istifadə edərək cavab tapa bilərsiniz.

Bakalavriat / Magistratura

Doktorantura

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.