Cəmiyyət

Milli Məclis Fəzail Ağamalının vəfatına görə başsağlığı verdi

10 Fevral 2026 13:59
Baxış: 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclis sabiq deputat Fəzail Ağamalının vəfatı ilə əlaqədar başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib.

"O, tanınmış ictimai-siyasi xadim, Ana Vətən Partiyasının sədri və uzun illər ərzində Milli Məclisdə fəal fəaliyyət göstərmiş aktiv millət vəkili olub.

Fəzail Ağamalının vəfatı ilə əlaqədar ailə üzvlərinə, həmkarımız olan qızı Günay Ağamalıya və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik", - deyə sədr bildirib./Trend

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.