Həmin nömrənin son 5 rəqəmi əslində kod imiş - İnsanları belə aldadırlar FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər "Telegram" hesablarını ələ keçirməyin yeni üsulu meydana çıxıb.
Milli.Az-ın məlumatına görə, naməlum şəxslər istifadəçilərə xaricdən nömrə aldıqlarını və həmin nömrəni öyrənmək üçün kömək istədiklərini bildirirlər. Bildirir ki, bunun üçün istifadəçinin nömrəsinə zəng etməlidir və edilən zəng zamanı zəng edən nömrəni deməsi xahiş olunur.
Məlumata görə, həmin zəngin nömrəsinin son 5 rəqəmi əslində "Telegram" hesabına giriş üçün göndərilən təsdiq kodu olur. Bu kod qarşı tərəfə deyildiyi anda istifadəçinin "Telegram" hesabı dələduzların nəzarətinə keçir.
Hesab ələ keçirildikdən sonra isə istifadəçinin adından digər insanlara mesajlar göndərilir, saxta linklər paylaşılır, pul istənilir və ya kimlərsə şantaj cəhdləri edilir.
Qeyd edək ki, belə dəlduzluqların qurbanı olmamaq üçün müvafiq qurumlar vətəndaşları tez-tez məlumatlandırır və bu kimi məsələlərdə diqqətli olmağa çağırır.
Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tövsiyə edir ki, "Telegram" və "WhatsApp" hesablarında iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.
"Telegram"da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcə tətbiqin "Ayarlar" bölməsinə daxil olmalı, daha sonra "Məxfilik və Təhlükəsizlik" hissəsini seçməlidir. Buradan "İki mərhələli təsdiqləmə" bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda, hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarla göndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələ keçirilməsi riskini azaldır.
"WhatsApp" tətbiqində isə "Ayarlar" bölməsindən "Hesab" hissəsinə daxil olaraq "İki mərhələli təsdiqləmə" seçilməlidir. Burada altı rəqəmli PIN kod təyin edilir və hesabın təhlükəsizliyi üçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PIN kod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təmin edir.
Bununla belə, ETX məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrə rəsmi nümayəndələrlə davamlı müzakirələr aparır.
Mina Mikayılova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
XƏBƏR LENTİ
-
Emindən nostalji paylaşım: "Bir vaxtlar yay belə idi" - (Foto)
-
Nanopeyklərlə meşə yanğınlarını vaxtında aşkar edəcəklər
-
Ventilyator ayda nə qədər elektrik sərf edir?
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli
-
İlon Mask yenidən trilyoner oldu
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq





