Evin var, sənədin yox? - Azərbaycanda çıxarışsız evlərin taleyi - MÜSAHİBƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sənədsiz evlər problemi Azərbaycanda hələ də aktuallığını qoruyur. Ölkədə sənədsiz fərdi evlərin mövcudluğu həm sosial, həm iqtisadi, həm də hüquqi baxımdan həllini gözləyən əhəmiyyətli bir məsələ olaraq qalır.
Əmlak eksperti Elnur Fərzəliyev mövcud problemlə bağlı Milli.Az-a müsahibə verib:
- Elnur müəllim, hazırda ölkədə sənədsiz evlərlə bağlı vəziyyət necədir?
- Hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz fərdi yaşayış evi mövcuddur. Bu evlərin böyük hissəsi paytaxt Bakı və Abşeron yarımadasının payına düşür. Təkcə Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi və torpaq sahəsi var.
- Bu problemin tarixi kökləri nəyə dayanır?
-Çıxarışsız fərdi yaşayış evlərinin bir hissəsi Sovetlər dönəminə təsadüf etsə də, böyük bir hissəsi 90-cı illərdən sonra formalaşıb. Sovet dövründə Bakının mərkəzində, xüsusilə Yasamal, Alatava, Sovetski, Papanin kimi ərazilərdə yaşayış məntəqələri olsa da, sakinlərə çıxarış verilmirdi. 90-cı illərdən sonra Kolxoz və sovxozların ləğvi ilə torpaq sahələri insanlara ayrılmağa başladı. 2000-2007-ci illərdə isə Bələdiyyələr tərəfindən fərdi yaşayış evlərinin inşası üçün torpaqlar ayrıldı ki, onların da bir çoxu bu günə qədər çıxarışla təmin olunmayıb.
- Bəs bu evlərə çıxarışın verilməməsinin əsas səbəbləri nələrdir?
- Birinci əsas səbəb torpağın təyinatı ilə bağlıdır. Ev yaşayış məqsədilə istifadə edilsə də, sənədlərdə torpaq kənd təsərrüfatı, əkin və ya digər təyinatlı kimi göstərilir.
İkinci səbəb neft torpaqlarıdır. Xüsusilə Abşeron ərazisində bəzi sahələr gələcəkdə neft hasilatı ehtimalı olan torpaqlar kimi qeydiyyata alınıb.
Üçüncü səbəb isə tikinti normativlərinin pozulmasıdır. Evlər bir-birinə çox yaxın və təhlükəli şəkildə, həyətyanı sahə olmadan tikilib.
- Sənədsiz evlərin iqtisadi və sosial fəsadları nələrdir?
- Bu cür evlərdə ən ciddi problemlərdən biri qiymət fərqidir. Sənədli və sənədsiz evlər arasında bazarda kəskin qiymət fərqi yaranır. Bu, həmçinin torpaq sahələrində də belədir. Sənədsiz evlərin sayının çox olması vətəndaşların mülkiyyət hüquqlarının tanınmaması ilə barəbər həmçinin dövlət büdcəsini bu sahədən gələ biləcək külli miqdarda gəlirlərdən məhrum edir. Yəni, bu əmlaklar çıxarışla təmin olunarsa, həmin əmlaklar torpaq və əmlak vergisinə cəlb olunur. Başqa tərəfdən bu əmlaklar sığortalana bilir.
Bundan əlavə, sənədsiz evlər ipoteka yolu ilə satıla bilmir. Ölkənin böyük şəhərlərində, xüsusilə də Bakı, Abşeron, Xırdalan və Sumqayıt şəhərində daşınmaz əmlakların satış qiymətləri kəskin bahadır. Lakin çıxarışsız fərdi yaşayış evlərinin satış qiymətləri çox ucuzdur. Əgər bu əmlaklar çıxarışla təmin olunarsa, vətəndaşlar həmin ucuz evləri müxtəlif növ kreditli şərtlərlə, xüsusən ipoteka ilə əldə edərlərsə, ilkin ödənişləri az olar və aylıq ödənişləri minimum olar. Bu da mənzilə ehtiyacı olan insanların ev problemlərini aradan qaldırmış olar.
Hüquqi baxımdan da ciddi çətinliklər mövcuddur. Çıxarışı olmayan əmlaklar miras bölgüsü, boşanma və digər məhkəmə proseslərində problemlər yaradır.
- Problemin həlli ilə bağlı nə demək olar?
- Bu tip əmlakların çıxarışla təmin olunması olduqca vacibdir. Bu addım həm vətəndaşların mülkiyyət hüquqlarının tanınmasına, həm də ölkə iqtisadiyyatının inkişafına və dövlət büdcəsinin gəlirlərinin artmasına mühüm töhfə verə bilər.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Vyetnamın birinci xanımı No Fon Li Hanoyda İrs Evində olublar - (Foto)
-
Eyyub Quliyev İtaliyada keçirilən ilk Aralıq dənizi Beynəlxalq Dirijorlar Müsabiqəsinin münsiflər heyətində Azərbaycanı təmsil edib - (Foto)
-
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Turistləri heyrətə gətirən ölkə: Küçələrində bu mənzərə ilə qarşılaşacaqsınız
-
Bazar günü intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
XƏBƏR LENTİ
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
İtkin düşən 4 nəfər tapıldı
-
Kartoçkasız müharibə: Kreml cibləri qoruyur
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Vyetnamın birinci xanımı No Fon Li Hanoyda İrs Evində olublar - (Foto)
-
Eyyub Quliyev İtaliyada keçirilən ilk Aralıq dənizi Beynəlxalq Dirijorlar Müsabiqəsinin münsiflər heyətində Azərbaycanı təmsil edib - (Foto)
-
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Prezident İlham Əliyev: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq
-
Turistləri heyrətə gətirən ölkə: Küçələrində bu mənzərə ilə qarşılaşacaqsınız
-
Nigar Hafizqızı vəfat etdi
-
Kimi Antonelli Las-Veqas Qran-Prisinin təsnifat mərhələsinin qalibi oldu
-
Türkiyədə meyit aparan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb
-
Bazar günü intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Ukrayna ordusu Xarkovda 14 yaşayış məntəqəsini geri aldı
-
"Bavariya" xal itirdi
-
Bakıda Xalq rəssamının oğlunun meyiti tapıldı - (Foto)
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü





