Cəmiyyət

Sumqayıtda 600 abonentin qazı kəsilib

30 Dekabr 2025 16:44
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərinin bəzi ərazilərində 11:00-dan etibarən qaz təchizatında fasilə yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, buna səbəb şəhərin "Yaşıldərə" yaşayış massivinin bir hissəsində diametri 89 millimetr qaz xəttində aşkar olunmuş sızmalardır. Sözügedən problemin aradan qaldırılması məqsədilə qaz xəttində təmir-bərpa işləri aparılacaq.

"Ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək", - məlumatda qeyd olunub.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.