Pensiya qalmaqalı: Dövlət hansı hallarda pulu geri tələb edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi hallarda vətəndaşın xəbəri olmadan ona artıq pensiya hesablanmış olur və sonradan ondan bu məbləğ tutulur. Əsasən hərbçilər, dövlət qulluqçuları və digər dövlət əlavəsi alan şəxslərdə bu hal yaşanır.
Bəs bu məbləğ hansi hallarda geri alına bilər?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Rəşad Əliyev bildirib ki, pensiya, müavinət və başqa ödənişlərin təyin edilməsi ilə bağlı dövlət qurumunun qəbul etdiyi qərar inzibati akt hesab edilir:
"Sözügedən halda qanunsuz əlverişli inzibati akt sayılır. İnzibati icraat haqqında qanunun 67-ci maddəsinə əsasən qanunsuz inzibati akt yalnız müəyyən məhdudiyyətlər daxilində ləğv oluna bilər. Şəxsin məzmuna göstərdiyi etimad və həmin etimadın qanunla qorunduğu halda digər şəxlərin hüquqlarına, mənafeyinə, ictimai maraqlarına zidd yaratmayacaq anlarda maraqlı şəxsə münasibətdə birdəfəlik pul və ya əşya öhtəliklərin nəzərdə tutulduğu və belə öhtəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin şəxs etimadın qanunla qorunması hüququna malik olur. Əgər vətəndaş rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə səhv, təhrif olunmuş məlumatları əks etdirən sənədlərlə inzibati aktın qəbul edilməsinə nail olubsa, inzibati aktın qanunsuz olduğu bildiyi halda və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda bu hüquqa malik deyil, bu zaman xərclənmiş pulu geri ödəməlidir".
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, əmək pensiyaları qanuna əsasən, pensiya və ona əlavənin məbləğinin dəyişməsi və ya ödənişin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda həm pensiyaçı, həm də işə götürən bu barədə məlumat verməyə borcludur.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
XƏBƏR LENTİ
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı





