Cəmiyyət

Masazırın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

19 Dekabr 2025 09:18
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masazırın bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq"dan Milli.Az verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq 19 dekabr tarixində saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, "Qurtuluş 93", "Yeni Bakı, "Nahid", "Abşeron Gənclər Şəhərciyi" Mənzil Tikinti Kooperativlərində (MTK) elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.