Cəmiyyət

Dövlət qurumu LƏĞV EDİLDİ - Vasif Talıbovun qərarı ilə yaradılmışdı

2 Dekabr 2025 10:19
Baxış: 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

Milli.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb.

Bundan sonra Naxçıvanda qaz təchizatına "Azəriqaz" İstehsalat Birliyi nəzarət edəcək.

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə məlumat yayılıb.

Naxçıvan Qaz İstismar Xidməti 2019-cu ildə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən yaradılmışdı.

Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.\

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.