Cəmiyyət

Arif Əzizov vəfat etdi

19 İyul 2025 09:15
Baxış: 1 223
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın görkəmli ziyalısı, tanınmış memar, onlarla tarixi-mədəni abidənin bərpasında əvəzsiz xidmətləri olan Prezident təqaüdçüsü, dövlət qulluqçusu Arif Bəylər oğlu Əzizov vəfat edib.

Milli.Az xəbər verir ki, görkəmli memar ötən gün 80 yaşında dünyasını dəyişib.

Yaxınları onun vəfatı ilə əlaqədar başsağlığı verib, ruhuna ehtiramlarını ifadə ediblər.

Ömrünü Vətənə, xalqına və mədəni irsimizə həsr etmiş Arif Əzizovun əziz xatirəsi daim onu tanıyan və sevən insanların qəlbində yaşayacaq.

Qeyd edək ki, 1945-ci ildə Naxçıvan şəhərində anadan olmuş Arif Əzizov tikinti və bərpa sahəsində bir sıra vəzifələrdə çalışıb, göstərdiyi xidmətlərə görə dəfələrlə müxtəlif dövlət mükafatlarına layiq görülüb. /"Qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.