Kamaləddin Qafarov: “Azərbaycan-Vyetnam əməkdaşlığı illərin sınağından keçib”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində oynadığı önəmli rol qlobal Şərqin diqqətini getdikcə daha çox ölkəmizə cəlb edir. Biz bu gün Cənub-Şərqi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə son dərəcə maraqlı olduqlarını müşahidə edirik. Bu baxımdan may ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına yeni təkan verəcəyini deyə bilərik".
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, cənab Prezident İlham Əliyevin mayın 6-da "Vietnam News Agency" agentliyinə verdiyi müsahibədə də qeyd olunduğu kimi, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir."Hələ 1959-cu ildəVyetnam Demokratik Respublikasının Prezidenti Xo Şi Min Azərbaycan SSR-ə səfər edib. 1983-cü ildə isə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev Vyetnamda səfərdə olub. Məhz bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələyə keçid üçün möhkəm zəmin yaratdı."
K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir: "Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq. Bunun üçün iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri də təhsil sahəsidir. Təhsil platforması Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın hələ sovetlər dönəmindən mövcud olduğu ənənəvi sahələrdən biridir. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə də geniş perspektivlər vəd edir. Bu isə öz növbəsində Azərbaycanla Vyetnam arasında ikitərəfli təmasların möhkəmləndirilməsi üzrə imkanları daha da genişləndirəcək".
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
XƏBƏR LENTİ
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi





