Cəmiyyət

Binalar 1800-cü illərdə tikilib - Nə təmir etməyə, nə də sökməyə icazə verilir

10 Aprel 2025 12:12
Baxış: 2 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni Suraxanı qəsəbəsinin Xanlar Ələkbərov 37 ünvanında bir qrup sakini evlərinin dağılmasından şikayətcidirlər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, təmiri mümkün olmayan evlər sökülməlidir. Hətta onların evlərinə baxış keçirənlər "evləri təmir etməyin", - deyə bildiriblər. Hazırda şikayətçilər bildirirlər ki, əgər evlər sökülməyəcəksə, özləri təmir eləsinlər:

"4-5 il əvvəl gəlib bildirdilər ki evlər sökülməlidir. Amma hələ ki heç bir xəbər yoxdur".

Digər sakin isə bildirib ki, bu binalar təxmin 1800-cü illərdə tikilib.

"Evlər neft ərazisində yerləşir. Həmin evlər də neftçilər üçün nəzərdə tutulub. Ərazidə olan 5-6 ev qəzalı vəziyyətdədir". 

Hadisə ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdik. Müraciətə əsasən bildirildi ki, bu evlər söküləcək evlər siyahısında yoxdur. Əgər sakinlər qəzalı olmasından şikayətcildirlərsə, Fövqəladə Hallar Nazirliyinə müraciət edib mütəxəssizlərin iştirakı ilə rəy ala bilərlər. Yalnız bundan sonra həmin evlər söküləcəyi nəzərdə tutulan evlərin siyahısına salına bilər. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.