Cəmiyyət

Həkimlərin televiziyada reklamına qadağa qoyulacaq?

4 Fevral 2025 12:43
Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif olunub.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev parlamentin yaz sessiyasının fevralın 3-də keçirilən ilk plenar iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına "Reklam haqqında" qanuna dəyişiklik daxil edilməlidir: "Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır". 

M.Quliyev bildirib ki, bir sıra televiziya kanallarındakı şou proqramlarda tibbi xidmətlər, ayrı-ayrı həkimlər və klinikalar reklam olunur:

"Hətta reklam bir tərəfə qalsın, hətta verilişlərin sponsorluğunu da həkimlər edirlər. Əlbəttə, tibb sahəsində xidmətlərin reklamına qarşı deyilik, ancaq müəyyən çərçivələri, normaları var. Ancaq son dövrlərdə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədəkiçiltmə əmliyyatlarında ölüm, ağırlaşma hallarıının baş verməsində reklamların, şou proqramların mənfi təsiri var". 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.