Cəmiyyət

Bu yolayrıcında heç bir sürücü cərimələnə bilməz

8 Yanvar 2025 15:17
Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində hərəkətin təşkilində və nişanlanmada ziddiyət təşkil olunub.

Milli.Az xəbər verir ki, yolun "Azərbaycan Dəmir Yolları"nın yanından keçən hissəsində yerdə məcburi hərəkət nişanı qoyulsa da, oxlanma ilə çəkilən xətdə nişanın əksinə dönməyə icazə verilir.

Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yol hərəkətinin təşkili və texniki vasitələrin tətbiqi bir-biri ilə uzlaşmalıdır. Ancaq sözügedən yolda buna əməl edilməyib.
 

Ekspert deyir ki, həmin yolayrıcında mövcud vəziyyətə görə heç bir sürücü cərimələnə bilməz. Ərazidə məcburi hərəkət nişanı 5.8.1 nişanı ilə əvəzlənməlidir. Əks halda sola və geriyə dönməyi bildirən xətlənmə silinməlidir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, artıq sözügedən əraziyə baxış keçirilib, uyğunsuzluq aradan qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.