Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində hərəkətin təşkilində və nişanlanmada ziddiyət təşkil olunub.
Milli.Az xəbər verir ki, yolun "Azərbaycan Dəmir Yolları"nın yanından keçən hissəsində yerdə məcburi hərəkət nişanı qoyulsa da, oxlanma ilə çəkilən xətdə nişanın əksinə dönməyə icazə verilir.
Ekspert deyir ki, həmin yolayrıcında mövcud vəziyyətə görə heç bir sürücü cərimələnə bilməz. Ərazidə məcburi hərəkət nişanı 5.8.1 nişanı ilə əvəzlənməlidir. Əks halda sola və geriyə dönməyi bildirən xətlənmə silinməlidir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, artıq sözügedən əraziyə baxış keçirilib, uyğunsuzluq aradan qaldırılıb.
Milli.Az