Qazaxıstanda baş verən faciəvi təyyarə qəzasından sağ çıxan Ayxan Bayramzadə hadisənin baş verdiyi anı barədə danışıb.
Milli.Az xəbər verir ki, o, açıqlamasında deyib ki, yaralansa da, huşunu itirməyib:
"Hadisəni tam xatırlamıram. Sadəcə düşdüyümüz an yadımdadır. Camaatı xilas etmək istəyirdik. Sonra təcili tibbi yardım gəldi.
Təyyarədə nə baş verdiyini xatırlamıram. Sadəcə səslər gəldi və camaat təşvişə düşdü. Sonra bizə dedilər ki, quruya enəcəyik. Təyyarə enəndə heç nə hiss etmədik. Mən huşumu itirməmişdim, sadəcə üz nahiyəmdən bəzi xəsarətlər almışdım".
Xatırladaq ki, dekabrın 25-də gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Asya
Milli.Az