Ədalət Verdiyevi neçə il həbs GÖZLƏYİR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prokurorluq digər hüquq-mühafizə orqanları ilə birgə, dövlət sirri və qanunla qadağan edilmiş məlumatların media və internetdə yayılmasına qarşı mütəmadi tədbirlər görür.
Milli.Az xəbər verir ki, 22 noyabr 2024-cü il tarixində, Azərbaycan Səhiyyə Nazirliyinin mülki müdafiə qərargahının rəisi və hərbi-ekspert Ədalət Verdiyev işğaldan azad edilmiş ərazilərə təşkil olunmuş mediaturda Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və əməliyyat şəraiti barədə video çəkib və bunu sosial şəbəkədə yayıb. Bu, dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təhlükəyə ataraq ciddi zərər vurulmasına səbəb olub. Hərbi-ekspertin hərəkətləri ilə bağlı cinayət işi başlanmış və istintaq Baş Prokurorluğun İstintaq idarəsinə təhvil verilib.
Ədalət Verdiyevi neçə il həbs GÖZLƏYİR?
Məsələ ilə bağlı Milli.Az-a Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Nurlan Səfərov bildirib ki, dövlət sirri haqqında Azərbaycan Respublikasının qanuna əsasən dövlət sirri dedikdə hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar nəzərdə tutulur.
"Həmin qanunun 5-ci maddəsinə əsasən qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında və bu kimi digər məlumatlar hərbi sahədə dövlət sirri təşkil edən məlumatlar sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci bəndinə əsasən şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əlavə olaraq Cinayət Məcəlləsinin 308.2 ci bəndinə əsasən vəzifə səlahiyyətlərdən sui-istifadə halları ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.
Aysel Əkbər
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





