Bakıda bu avtobuslar dəyişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elektrik mühərrikli avtobuslar bu gündən xəttə buraxılıb.
Milli.Az xəbər verir ki, gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edəcək. Çin istehsalı olan elektrik mühərrikli "BYD" markalı bu avtobuslar 160 ədəddir.
"Avro-6" standartlarına uyğun olan bu nəqliyyat vasitələrinin enerjidoldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generatorla isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Nəqliyyat vasitəsi, həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Sərnişin tutumu daha çox olan bu ekobuslarda şar aparatlarının sayı da çoxdur. Həmçinin, bu avtobuslarda təhlükəsizlik kameralarının sayı digər ictimai nəqliyyat vasitələrindən fərqlidir.
"BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva bildirib ki, elektrikli avtobuslar təmsil etdiyi şirkətə məxsus marşrut xətlərində fəaliyyət göstərəcək. Bu avtomobillər üçün müasir qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksək keyfiyyət təqdim etmək üçün yüksək şəraitə malikdir. Məlumata əsasən, 25 noyabr tarixindən etibarən 1, 5, 14, 21, 88A nömrəli marşrut xətləri üzrə BYD markalı avtobuslar fəaliyyət göstərəcəkdir.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu avtobuslar sayəsində ətraf mühit daha yaxşı qorunacaq. Ən son texnologiyalarla təmin olunan bu avtobuslar ekologiyanın dostu olmaqla yanaşı daha qənaətcildir. Bu avtobuslar zəhərli qazları atmosferə göndərmir, digər nəqliyyat vasitələrinə nisbətən daha sakit işləyir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 ildir.
Aysel Quliyeva
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Türkiyədə 4,5 ballıq zəlzələ oldu
-
"Oğlum məmurdur, imkan vermərəm oxusun" - Ağadadaş Ağayev
-
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur
-
BDYPİ küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Şəkərli diabet xəstələri üçün dövlət təminatı genişlənir - Uşaqlar üçün yenilik
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - Anbaan (Video)
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Hikmət Çətin vəfat edib
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb





