"Əgər bir kişi ana ilə arvadı arasında qalırsa..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Deyirlər ki, kişi anasını nə qədər çox sevib ona hörmət etsə, xanımına qarşı da bir o qədər sadiq, qayğıkeş, ehtiramlı olur. Azərbaycan cəmiyyətində bunun tamamilə əksi müşahidə olunur. Anasına bağlı olan, onun fikirləri ilə hərəkət edən, habelə müstəqil davranışları, düşüncələri olmayan kişilərin analarının, bir növ, hakimiyyəti altına düşdüyünü, elə buna görə də arvadlarına qarşı kobud, haqsız davranışları halları var.
Vəziyyəti bu həddə qədər gətirib çıxaran nədir? Ana, oğul, yoxsa gəlinlər?
Milli.Az bildirir ki, Psixoloq Samirə Bağırova problemin səbəbini "Yeni Sabah"a açıqlayıb:
"Əslində, yanlışlıq var. Kişi anasına deyil, valideyninin ailəsinə bağlıdırsa, gələcəkdə öz ailəsinə münasibətdə də məsuliyyətli davranacaq. Öz ailəsinə bağlılıq bacıya, qardaşa, ata və anaya göstərilən dəyərlərlə ölçülür. Burada ailə nə ön, nə də arxa plandadır. Hər kəs öz sərhədlərini və ailə içində öz yerini bildiyi, hər kəs üzərinə düşən vəzifə borcunu yerinə yetirdiyi üçün ciddi problem yaranmır. Bəzən sağlam düşüncəyə sahib olmayan ailələrdə bu tarazlıq pozulur. Oğlunu özünə hədsiz bağlayan anaların qısqanclığı, oğulların öz ailələrinə münasibətdə məsuliyyətsizliyi gəlinləri narahat edir".
Psixoloq qeyd edib ki, əsas problem anada görülür:
"Analar doğru oğul yetişdirməlidir. Oğul xanımından şikayət edəndə gəlinin tərəfini saxlamalıdır. Qadın birliyi isə ölkəmizdə problemdir. Əgər kişi xanımının sözünü anasına, ananın sözünü arvadına çatdırırsa, ananı ondan üstün tutduğunu hiss elətdirirsə, hər sözündə-söhbətində, sirrində gəlin yad biri kimi kənarlaşdırılırsa, əlbəttə, sonda evlilik böhranla üzləşəcək. Ana oğluna qadınla, qızla münasibəti öyrətməlidir.
Gəlinin anasına hörmət olunanda, gəlin də öz qaynanasına hörmətlə yanaşacaq. Çünki qız almaq, oğluna həyat yoldaşı, yaşlıların qayğılarına qalacaq gəlin, nəvələrə ana almaqdır. Əlbəttə, qıza və qız anasına hörmətlə yanaşılmalıdır ki, əvəzini də geri ala bilsin. Yoxsa ölkəmizdə gəlinlərə elə davranır,, qızı elə minnətlə alırlar ki, sanki onu adam edirlər. Hər bir qız, varlı ya kasıb, yaxşı, ya pis, öz ata evində şahzadədir. Əgər bir kişi ana ilə arvadı arasında qalırsa, deməli, sağlam kişi kimi formalaşmayıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
XƏBƏR LENTİ
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Bakının bu ərazisində bulvar salınır (Video)





