Cəmiyyət

Qadın ölmüş ərinin pensiyasını ala bilmir - ŞİKAYƏT

1 Noyabr 2024 10:36
Baxış: 1 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigar Ağayeva ölmüş həyat yoldaşının pensiyasını ala bilmir. O əri öləndən sonra yaşam şəraiti çətinləşib. 

Milli.Az xəbər verir ki, şəkər xəstəsi N. Ağayeva əri vəfat etdikdən sonra müalicəsini bir müddət davam etdirmiş, lakin maliyyə imkanlarının məhdudluğu səbəbindən onu yarıda qoymalı olub.

N. Ağayevanın tələbi ölmüş ərinin pensiyasını almasıdır. 

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, qanunvericiliyə əsasən, vəfat etmiş şəxsin arvadı müəyyən pensiya yaşına çatdıqda və ya orqanizm funksiyalarının 81-100 və 61-80 faiz pozulması səbəbi ilə birinci və ya ikinci qrup əlilliyi varsa, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir.

Aysel Əkbər
Milli.AZ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.