Bu qadınlarda ciddi psixoloji pozuntu var - ƏLAMƏTLƏRİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün öncə müğənni Günel Ələkbərova yenidən plastik əməliyyata girəcəyini açıqladı. Sənətçi bildirdi ki, məhz yazılan şərhlər onda kompleks yaratdığı üçün bu addımı atmaq qərarına gəlib.
Son illər xüsusən xanımlar ard-arda plastik əməliyyatlar keçirirlər. Bu isə cəmiyyətdə ikili fikir yaradır. Hətta bunun psixoloji problem olduğunu iddia edənlər də var.
Bəs bu fikir doğrudurmu? Hər sözdən kompleks yaşayıb estetik əməliyyat edənlərin psixi durumunda həqiqətən boşluqlar varmı?
Mövzu ilə bağlı yenisabah.az-a danışan psixoloq Ülviyyə Murtuzova bildirib ki, bu hal ciddi psixoloji pozuntunun əlamətidir:
"İnsanın özünü, anatomik quruluşunu bəyənməməsi iki halda yaranır: ya insan əvvəldən özünü bəyənmir, ya da kənardan deyilən sözləri kompleks edir. Hər iki halda, insanın özünü bəyənməməsi ciddi desmorfobik pozuntudur. Bu, psixologiyada çox ciddi pozuntu hesab olunur. Sözügedən pozuntu əvvəlcə üz nahiyəsindən başlayır, insan burnunu bəyənmir, üz quruluşundan şikayətlənir və ya dərim çox pisdir deyir. Daha sonra həmin insanlar saçlarını kompleks edir, qadınlarda ən öndə gedən komplekslərdən biri də sinələridir. Bu hal beləcə davam edir və zamanla artıq qadın bütövlükdə bədənini bəyənmir. Belə komplekslər qadınların cinsi münasibət qurmasını çətinləşdirir, onlar çılpaq bədənlərini nümayiş etməkdən utanırlar, bunun üçün qaranlıq mühitin olmasını istəyirlər. Əslində isə həmin şəxsin heç də qorxunc bədən quruluşu yoxdur, sadəcə problem düşüncədədir.
Bəzi insanlarda həqiqətən qüsurlar var və bunu ətrafdakılar da görür. Amma bu, heç də hamıda belə deyil. Bu gün nə qədər xanım plastik cərraha müraciət edir, cərrah "heç nəyə ehtiyacınız yoxdur" desə də, təkidlə əməliyyyata girirlər. Bu, psixoloji məsələdir.
Onun sözlərinə görə, kənardan deyilən hər fikri kompleks edən şəxslərdə psixoloji immunitet yaranmayıb və bunu aradan qaldırmaq üçün mütəxəssisə müraciət etmək məsləhətdir:
"O ki qaldı başqalarının sözləri ilə hər dəfə plastik əməliyyatlara girməyə, bu, artıq düşüncə və fikirlərin başqası tərəfindən idarə olunmasına icazə verilməsidir. Bu iradə məsələsidir. Nə qədər ki, biz öz fikir və düşüncələrimizə sahiblənmək gücündəyiksə, deməli, biz psixoloji immuniteti özümüzdə yaratmış insanıq. Əgər kimlərsə bizim düşüncələrimizi idarə edirsə, deməli, zəifləmə nöqtəmiz, emosional dayanıqlılıq gücümüzün itirilməsi var. Bu, yolverilməzdir. Sadəcə ağıl və şüur, görən gözümüz, düşünən beynimiz, dərketmə və qavramanı təmin edən frontal beynimizin inkişafı varsa, insan normal qərarlar verə bilər. Bu zaman biz ətrafdakıların dediklərini dinləyib sonda öz ağlımızla hərəkət etməliyik.
Heç bir ciddi qüsuru olmadan davamlı olaraq plastik, estetik əməliyyatlara girən insanlara tövsiyəm odur ki, bu düşüncələri bir mütəxəssislə paylaşsın. Gözəlliyə gözəllik qatmaq əvəzinə, gələcəkdə ciddi problemlərlə, fəsadlarla qarşılaşmamaq üçün mütəxəssis yardımı ilə bu yoldan geri dönmək daha məsləhətlidir. Çünki bu qadınlarda şüuraltı çox ciddi problemlər yatır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bayram tətili başlayıb
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Alona Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün xeyriyyə ustad dərsində iştirak edib - FOTO
-
Uşaqlarda erkən inkişaf problemlərini necə müəyyənləşdirmək olar? - Bakıda mühüm konfrans - FOTO
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Bu imtahanda 300 bal olmadı
XƏBƏR LENTİ
-
Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
-
Bayram tətili başlayıb
-
Günün qoroskopu: Bu gün yaradıcılıq potensialınız olduqca yüksəkdir
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Dolu maşınlara beə ziyan vurdu - VİDEO
-
Bakı tarixində ilk dəfə: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO
-
Qvardiolanın yerinə o gəldi
-
Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var
-
“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlk dəfə qızından danışdı
-
Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı
-
Dondurulmuş tərəvəzlər niyə bəzən daha dadlı olur?
-
"Pulumu ən çox onlara xərcləyirəm"
-
Alona Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün xeyriyyə ustad dərsində iştirak edib - FOTO
-
Zibilə gedən çörəklərdən dərman və plastik istehsal edəcəklər
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib - FOTO
-
Azərbaycan və Pakistan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - FOTO
-
Gözəllik kraliçasını əri tərəfindən öldürüldü
-
"WhatsApp"dan daha bir yenilik
-
Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsul
-
Uşaqlarda erkən inkişaf problemlərini necə müəyyənləşdirmək olar? - Bakıda mühüm konfrans - FOTO
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Maliyyə Nazirliyinin nümayəndəsi "Azərsilah" və "Azərxalça"nın müşahidə şuralarında təmsil olunacaq
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR





