APA-nın məlumatına görə, iki həftə əvvəl infarkt keçirən və ağır vəziyyətdə Neftçilər Xəstəxanasına yerləşdirilən yazıçı elə oradaca dünyasını dəyişib. Həkimlərin cəhdlərinə baxmayaraq, reanimasiya şəraitində saxlanan S.Azərinin həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, yazıçı ilk dəfə 1992-ci ildə ağır infarkt keçirib.
Sabir Əli oğlu Azəri 1938-ci il martın 22-də Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Ədəbiyyat və incəsənət" qəzetində publisistika şöbəsinin müdiri, "Uduz" jurnalında nəsr şöbəsinin müdiri, məsul katib və baş redaktor vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayan nasirin "Duman çəkilir" pyesi tamaşaya qoyulub, onun əsasında "Köhnə bərə" fılmi çəkilib. "Dalanda" romanı ilə daha çox populyarlıq qazanan yazıçının bu əsəri Moskvada "Sovetski pisatel" jurnalında və onun əlavəsi "Roman-qazeta"da (1990, N 22) çap edilib. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri S.Azəri yaradıcılığına ciddi maraq oyadıb, "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatları onun povest və hekayələrini dəfələrlə kütləvi tirajla çap ediblər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Yazıçı Sabir Azəri vəfat edib
28 Yanvar 2010 15:47
Baxış: 1 136

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Doğru yoldasınız. Sadəcə, davam edin
-
Yas mərasimləri neçəyə başa gəlir?
-
İftixar Piriyev vəzifəsindən azad olundu
-
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?
-
Kasko sığorta etdirənlərə XƏBƏRDARLIQ: Ödənişindən MƏHRUM qala bilərsiz
-
Əslən Qazax rayonundan olan professor vəfat etdi
XƏBƏR LENTİ
-
Bir hərəkətlə qarşı tərəfi inandırmağın asan yolu - Açıqlama
-
Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?
-
“Eşref Rüya” bu tarixdə yayımlanacaq
-
Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ - VİDEO
-
Həmidə Ömərova nənə oldu - FOTO
-
Mourinyo yenidən İngiltərə komandası çalışdıra bilər
-
Nadir bu məşhur həkimlə yaxın qohum imiş - VİDEO
-
Günün qoroskopu: Doğru yoldasınız. Sadəcə, davam edin
-
Yeni nazir mətbuat konfransı zamanı huşunu itirdi - VİDEO
-
Azərbaycanla oyundakı nəticəyə görə üzr istədi
-
Rusiyada zəlzələ oldu
-
Səhər belə oyanırsınızsa dərhal həkimə gedin - Terapevtdən açıqlama
-
6 aydır komada olan müəllim vəfat etdi - FOTO
-
Azərbaycan XİN Qətərə hücumdan narahatdır
-
Yerin yanından nəhəng asteroid keçəcək - NASA-dan xəbərdarlıq
-
Əməkdar artistin bloger qızı əri ilə - FOTO
-
Apple iPhone 17 Pro və Pro Max-ı təqdim etdi - QİYMƏT - VİDEO - FOTO
-
Azərbaycan millisinin baş məşqçisi: “İki gündür yatmamışam”
-
Apple Watch Ultra 3 modelini təqdim edib - FOTO
-
Ayağını pəncərədən çıxararaq maşın sürdü - tədbir görüldü - YENİLƏNİB - VİDEO
-
"Apple" şirkəti "iPhone 16" modellərinin qiymətlni açıqladı
-
Apple iPhone 17-ni təqdim etdi: Yeni “Center Stage” ön kamera ilə - FOTO
-
Apple iPhone Air – ən incə iPhone təqdim olundu - FOTO
-
Yas mərasimləri neçəyə başa gəlir?