Cəmiyyət

Törətdiyi cinayətin məsuliyyətindən 1 həftə yayına bildi

25 May 2010 12:22
Baxış: 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Elçin Tapdıqovdur.

Cinayət hadisəsi mayın 16-da Bakının Nərimanov rayonunda qeydə alınıb. Naməlum şəxs Rafiq Namazova bıçaqla ağır xəsarət yerirərək hadisə yerindən qaçıb.

Keçirilən tədbirlər nəticəsində ona bıçaqla xəsarət yetirən şəxsin Bakı şəhər sakini Elçin Tapdıqov olduğu müəyyənləşdirilib və Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanaraq barəsində axtarış elan olunub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində  Elçin Tapdıqov mayın 24-də tutulub. Hadisənin başvermə səbəbləri isə hələlik məlum deyil.

Milli.Az

Xəbərə uyğun link:

Paytaxtda bıçaqlanma
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.