Cəmiyyət

Yunus Oğuzun "Cığır"ı Qəbələdə - FOTO

23 Aprel 2024 15:22
Baxış: 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yunus Oğuzun "Cığır" romanının müzakirəsi keçirilib.

Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, müzakirədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova, Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova və yazıçı, publisist Yunus Oğuz çıxış edib.

Müzakirənin sonunda iştirakçılara imzalı kitablar hədiyyə edilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan əsər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin ədəbi dillə təbliği istiqamətində mühüm addım hesab edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.