Xalq yazıçısı dəfn olundu - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:20
Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxıda dəfn olunub.
Milli.Az APA-ya istinadən bildirir ki, Mövlud Süleymanlı Şamaxının Kərkənc kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
----------
12:30
Bu gün Xalq yazıçısı Mövlud Süleymanlının Bakıda yaşadığı evdə vida mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, mərhumun yaxınları, dostları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq yazıçısı Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxıda anasının yanında dəfn ediləcək.
Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda - Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.
Mövlud Süleymanlı əmək fəaliyyətinə 1968-ci ildə Аzərbаycаn Radiosundа başlayıb. 1992-2009-cu illərdə Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin rаdiо üzrə sədr müаvini vəzifəsində işləyib. O, həmçinin "Azərbaycanfilm" kinostudiyasında, "Ulduz" və "Azərbaycan" jurnаllarındа müxtəlif vəzifələrdə çalışıb.
Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Daha sonra müəllifin şeirlərindən ibarət "Bir ünvan" adlı kitabı işıq üzü görüb.
Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" əsərlərindən ibarət "Ayın aydınlığında" (1979) kitabı çapdan çıxıb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərindən roman janrına müraciət edən yazıçının "Köç", "Ceviz qurdu", "Səs" əsərləri həmin dövr üçün Azərbaycan romançılığının inkişafında ayrıca mərhələ kimi səciyyələndirilib.
M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub ("Kökdən düşmüş piano", "Dəyirman" və s.), ssenariləri əsasında filmlər ("Çətirimiz buludlardır", "Bəyin oğurlanması" və s.) çəkilib.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı "Əməkdar incəsənət xadimi" və "Xalq yazıçısı" fəxri adlarına, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Bazar gününün hava proqnozu açıqlandı
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
XƏBƏR LENTİ
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü





