Cəmiyyət

Mövlud Süleymanlının dəfn yeri bəlli oldu

22 Fevral 2024 10:47
Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a mərhumun ailəsindən məlumat verilib.

Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:

"Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vida mərasimi evdə olacaq".

Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.