Cəmiyyət

Bakıda mənzildə ər-arvadın meyiti tapıldı

13 Fevral 2024 19:41
Baxış: 1 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mənzildən iki nəfərin meyiti aşkarlanıb.

Hadisə Alatava qəsəbəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) AZƏRTAC-a məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, "112" qaynar telefon xəttinə Alatava qəsəbəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə vətəndaşın qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib. Xilasedicilərin keçirdikləri tədbirlər nəticəsində mənzildə aşkar olunmuş iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.