Cəmiyyət

Deputat: "Bakıda insan ömrünün 1 ildən çoxu tıxacda keçir"

17 Yanvar 2024 12:57
Baxış: 955
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda insan hər gün tıxacla qarşılaşır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov bildirib.

"10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5-dən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşayan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu da çox böyük rəqəmdir", - deyə deputat qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.