Cəmiyyət

Banklarda əmanəti olanların nəzərinə: Güzəştlər qüvvəyə mindi - VİDEO

5 Yanvar 2024 10:56
Baxış: 1 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fiziki şəxslər banklarda olan depozit gəlirlərini vergidən tam azad edə bilərlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq.

Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır.

Ekspert bildirib ki, vergi güzəştindən daha yaxşı faydalanmaq üçün vəsaitin bir deyil, 2 banka yerləşdirilməsi daha əlaverişlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.