Cəmiyyət

Abşeronda özünü binadan atan yeniyetmələrlə bağlı - Açıqlama

22 Dekabr 2023 12:53
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son zamanlar azyaşlıların özünü binadan atması cəmiyyətdə sensasiya yaratdı".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki,  bu sözləri Abşeron Rayon Prokurorluğunda keçirilən "Açıq qapı" günündə rayon prokuroru Qabil Qasımov deyib.

Onun sözlərinə görə, müəyyən edilib ki, Xırdalanda özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyurlar: "İntihar hadisələrinin sensasiya xarakterli hadisə kimi təqdim olunması, növbəti dəfə eyni cür intiharlara gətirib çıxarır".

Qeyd edək ki, bu ilin avqust-sentyabr aylarında Xırdalan şəhərində 3 yeniyetmə qız özünü binadan ataraq intihar edib. Onlardan ikisinin eyni binadan özlərini atması xüsusilə diqqət çəkib və geniş müzakirələrə səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.