Cəmiyyət

3 əməlin müqabilində alınan 3 nemət

7 Dekabr 2023 04:00
Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmam Sadiq (ə) buyurur: "Hər kim bu üç əməli yerinə yetirərsə, üç nemətdən məhrum olmaz:

1. Hər kim dua edər - onun yerinə yetməsindən bəhrələnər.

2. Hər kim şükür edər - neməti artar.

3. Hər kim təvəkkül edər - işləri sahmana düşər".

Sonra Həzrət (ə) hər biri üçün bir Quran ayəsini söyləyir:

"Rəbbiniz buyurdu: "Məni çağırın ki, Mən də duanızı qəbul edim". ("Qafir" 60).

"Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: "Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir"". ("İbrahim" 7).

"Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər". ("Təlaq" 3).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.