Cəmiyyət

Bakının məşhur saatı düz işləmir

23 Noyabr 2023 14:33
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur saat düz işləmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən və "Saatlı bina" adı ilə tanınan tikilidəki dördtərəfli saatın mexanizmində gecikmə yaranıb. Son günlər fərqin artıq 5 dəqiqəyə çatdığı görünür.

Vətəndaşların aktiv istifadə etdiyi yolların kəsişməsində yerləşdiyini nəzərə alaraq məsələ ilə əlaqədar "Bakı Abadlıq Xidməti" MMC-yə sorğu ünvanladıq. Saata texniki xidmət göstərən qurumdan "Qafqazinfo"ya bildirildi ki, yaranmış gecikmə gün ərzində aradan qaldırılacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.