Cəmiyyət

Təhsil naziri: ““Son zəng” yalnız məktəb daxilində qeyd edilməlidir”

19 May 2010 14:21
Baxış: 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, "Son zəng" yalnız məktəb daxilində qeyd edilməlidir. Onun sözlərinə görə, "Son zəng"lə bağlı məktəbdənkənar heç bir tədbir keçirməyə ehtiyac yoxdur. Nazir vurğulayıb ki, "Son zəng" və mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı məktəblərdə pul yığma halları olmamalıdır: "Mənə bəzi məktəblərdə imtahanlara görə pul yığılması ilə bağlı məlumatlar daxil olur. Mən valideynlərə müraciət edirəm. Heç bir məktəbdə valideynlərdən bu və ya digər məsələ ilə bağlı pul yığılması hallarına yol verilməməlidir".

/APA/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.