Cəmiyyət

İstirahət günlərində avtobus və qatarlar necə işləyəcək? - VİDEO

8 Noyabr 2023 14:11
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabahdan 5 günlük istirahət günləri başlayır. Adətən belə vaxtlarda paytaxtdan rayonlara səfər edənlər çoxalır. Avtovağzal və dəmiryolu vağzalındakı sərnişin sıxlığı bunu deməyə əsas verir.

Bəs qarşıdakı istirahət günlərində aidiyyatı qurumlar sıxlığın qarşısını almaq üçün hansı işlər görüblər?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyir ki,  bayram günlərində daha çox sərnişinə xidmət göstərilməsi nəzərdə tutulub. Sıxlıq yarandığı halda ehtiyatda olan avtobuslar da xəttə buraxılacaq. Tural Orucovun sözlərinə görə, artıq Bakı Beynəlxalq Avtovağzalı, eləcə də respublika ərazisindəki digər avtovağzallar maneəsiz hərəkəti təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçib.

Tural Orucov hazırkı vəziyyətdə sərnişin avtobuslarının sayının qənaətbəxş olduğunu deyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.