Cəmiyyət

Bölgələrdə kəndlilərin satdığı məhsuldan yer pulu alınır? - VİDEO

10 Oktyabr 2023 19:48
Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzun bazarında kəndlilər gətirdikləri kənd məhsullarını yolun hərəkət hissəsində satırlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar bildirir ki, məhsullarını satmaq üçün boş piştaxta tapa bilmir. Ona görə də, məcburiyyətdən səhər saatlarından günortayadək bu cür satış edirlər.

Ticarət mərkəzinin rəhbərliyindən "Xəzər Xəbər"ə bildirilib ki, bu ərazi yolun sağında yerləşən taxıl hazırlığı anbarlarının qarşısında qeyr-rəsmi bazar kimi  fəaliyyət göstərən yerdir. Buna baxmayaraq burada da hər kəsin satış etməsi üçün şərait yaradılmasına köməklik edildiyini və piştaxtada satış etməyənlədən yer pulu alınmadığını bildiriblər.

Gəncənin ən böyük kənd təsərrüfatı mallarının satıldığı bazarda da bütün piştaxtalar tutulub. Səbət bazarı adlanan yerə məhsul çıxardan kəndlilər harda yer tapdı, orada da satış edirlər.

Bazarın nəzarətçisi bildirir ki, məkanda öz məhsullarını satanlarla alver edənlər arasında problem yaşanmır.

Burada da bazar ərazisindən kənarda satılan məhsullara görə yer pulu yığılmadığı bildirildi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.