Cəmiyyət

Süd vəzi xərçənginin əlamətləri - Onkoloq sadaladı

11 Oktyabr 2023 06:30
Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir. Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır.

Milli.Az saglamolun.az-a istinadən Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanın sözlərinə görə, mütəmadi olaraq özünü müayinə etməklə yenitörəməni vaxtında aşkar etmək olar.

Onkoloq bildirib ki, süd vəzisində adətən ağrı və ümumən özünü büruzə verməyən bərkimə varsa, artıq xərçəngdən şübhələnmək olar. Belə olduğu zaman təcili müayinə olunmaq lazımdır.

Həkim qadınlara  özünə diqqət göstərməyi, qeyri-adi şişlərə və ya dəyişikliklərə həssas yanaşmağı, nə isə bir fərqlilik hiss olunduqda dərhal həkimə baş çəkməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.