Cəmiyyət

Burada yol nişanı dəyişib, amma sürücülər əvvəlki qayda ilə hərəkət edirlər - VİDEO

5 Oktyabr 2023 20:00
Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Yasamal rayonunda Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin istiqaməti dəyişdirilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov deyib ki, aparılan təhlillərlə kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə hərəkət istiqamətində dəyişiklik edilib.

Amma bəzi sürücülər isə dəyişikliyi birmənalı qarşılamayıblar.

Sürücülərin dediyi kimi, ərazidə çəkiliş aparıdğımız zaman biz də şahidi olduq ki, yeni qoyulan nişanın tələbinə çox az sürücü məhəl qoyur.

Ömər Xıdırov deyib ki, nişanın tələbinə əməl etməyən sürücülər cərimə olunacaqlar.

Qeyd edək ki, adıçəkilən Mərkəzi tərəfindən paytaxtın bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə belə dəyişikliklər ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.