Cəmiyyət

Vətəndaş 1 il necə qeydiyyatsız qala bilər? - VİDEO

26 Sentyabr 2023 14:13
Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12 ay əvvəl qeydiyyatdan çıxarılsa da, hələ də qeydiyyata düşə bilmir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 3-cü qrup əlil Saleh Məmmədlinin 1ildir ki, heç bir yerdə  qeydiyyatı yoxdur. Buna görə  də  öz işlə rini görə bilmir.

Saleh Məmmədli bildirir ki, 2009-cu ildən ərazi üzrə polis bölmə sində qeydiyyatda olub. Daha sonra qeydiyyatdan çıxarılıb və elə həmin gündən problemləri başlayıb.

Rəsmi qurumlara etdiyi müraciətlər nəticə vermədiyindən Saleh Məmmədli bu dəfə məhkəməyə üz tutub.

Onun sözlərinə görə, qeydiyyata düşə  biləcəyi heç kimi olmadığı üçün problemi olduğu kimi qalır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda polis bölmələrində heç kimin qeydiyyatı aparılmır. Problemi olan hər kəs məhkəməyə müraciət edir.

Əgər məhkəmə qərar çıxarsa ki, qeydiyyat bölmədə olsun o zaman bu məsələyə  baxılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.