Vətəndaşlar dərmanları daha ucuz qiymətə alacaqlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə "Dərman vasitələri haqqında" qanuna dəyişikliyin bu sahədə olan çatışmazlıqları aradan qaldıracağına əminəm. Məlum məsələdir ki, əvvəllər dərman vasitələrinə vahid qiymət tətbiq olunurdu. Yeni qərardan sonra dərman vasitələri üçün təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunacaq və bu qiymətdən ucuza da satıla biləcək. Bununla da əczaçılıq standartlardan uzaqlaşıb rəqabətliliyə meyl edəcək. İstər istəməz bu rəqabətlilik vətəndaşların dərman vasitələrini daha ucuz əldə etməyinə şərait yaradacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, digər vacib bir məsələ isə dərmanların qeydiyyatdan keçirilməsi prosesi idi.
"Əvvəl bir dərman qeydiyyatdan keçməsi üçün 9 aya yaxın bir müddət tələb olunurdu. Artıq bu qanunla bu müddətin 4 aya endirilməsi də vətəndaşlar üçün dərman preparatlarını əlçatan edəcək. Azərbaycan bu sahədə daha çox idxaldan asılıdır. Buna görə də həm standart qeydiyyat prosesinin, həm də xarici qeydiyyatın müddətinin azaldılmasına ehtiyac var idi", - deyə deputat bildirib.
O əlavə edib ki, sadələşdirmə ölkəmizə dərman idxalını stimullaşdıracaq və əhalininin dərman təchizatını yaxşılaşdıracaq. "İdxaldan asılı olan bir ölkə üçün xarici ölkədə istehsalı dayandırılmış dərmanı eyni tərkibli başqa birisi ilə əvəz etmək 9 aya başa gəlməsi insanları həqiqətən çətin vəziyyətə salırdı. Düşünürəm ki, fərmanda nəzərdə tutulmuş elektron reseptin yazılması artıq əhaliyə təyin olunan dərman vasitələrinə nəzarətin gücləndirilməsinə və bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılmasının qarşısının alınmasına müsbət təsir göstərəcəkdir. Beləliklə vətəndaşlara ancaq xəstəliklərinin müalicəsi üçün lazım olan dərman vasitələri yazıla biləcək, yəni əlavə, xəstəlik göstərişlərinə uyğun olmayan dərmanlar yazılmayacaq. Güman edirəm ki, fərmandan irəli gələn bütün məsələlərin həllinə adiyyatı qurumlar lazımınca diqqət ayıracaq, çünki vətəndaşların sağlamlığı dövlətimiz üçün ən ümmdə olan məsələlərdəndir", - deyə deputat əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
XƏBƏR LENTİ
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib





