Cəmiyyət

Aİ-92 markalı benzin 1,50 AZN olacaq? - AÇIQLAMA

31 Avqust 2023 17:56
Baxış: 3 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə Azərbaycanda oktyabr ayından benzinin bahalaşacağı bildirilir. Məlumatlara görə, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,50, Aİ-95-in isə 2,50 AZN olacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyib ki, benzinin bahalaşmasına əsas görmür. 

"Rəsmi mənbə belə bir məlumat vermirsə, deməli, bu, sadəcə, söz-söhbətdir. Benzinin bahalaşacağı barədə heç yerdə nə rəsmi məlumat görmüşəm, nə oxumuşam, nə də hardansa eşitmişəm. Şəxsən belə bir məlumatım yoxdur", - deputat bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.