Cəmiyyət

Kafedə qanlı nahar - ƏLAVƏ OLUNUB

18 May 2010 10:14
Baxış: 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qanlı hadisə Abşeron rayonunda baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, mayın 17-də saat 14:00 radələrində Xırdalan şəhərində yerləşən "Yaşıl ada" kafesində iki gəncin mübahisəsi birinin ölümünə səbəb olub.

Ağdam rayonundan məcburi köçkün olan 21 yaşlı Qabil Kərimov mübahisə zəminində 25 yaşlı Emin Aslanova sinə nahiyəsindən bıçaqla xəsarət yetirib. E.Aslanov aldığı xəsarətdən dünyasını dəyişib.

Qətlin motivinə gəlincə, hadisə dilənçini söyməyin üstündə baş verib. Belə ki, kafenin qarşısında Q.Kərimov ondan pul istəyən dilənçini söyüb. Bu zaman söyüş səsinə kafedən çıxan E.Aslanov ona irad tutaraq yazıq adamı söyməkdə günahlandırıb. Bu zaman aralarında dava düşüb. Q. Kərimov üzərində gəzdiridi bıçaqla E.Aslanovun ürəyindən bir zərbə endirib...

Abşeron rayon Polis Şöbəsinin əməkdaşları Q.Kərimovu tutaraq istintaq orqanına təhvil verib.

Faktla bağlı Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adamöldürmə) madəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.