Cəmiyyət

Dənizdə baş verən boğulmalara səbəb zəlzələnin yaratdığı çuxurlardır? - VİDEO

12 Avqust 2023 14:11
Baxış: 1 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzərdə boğulma hallarının çoxalması dənizdə çuxurların əmələ gəlməsi məsələsini  yenidən aktuallaşdırıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son günlər ardıcıl qeydə alınan yeraltı təkanların çimərliklərdə çuxurların yaranmasına səbəb olduğu iddia edilir. Buna görə də, hətta dərinliyə getməyən şəxsin belə dənizdə boğulma təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.

"Bəs, dənizdə baş verən yeraltı təkanlar bu kimi halların yaşanmasına səbəb ola bilərmi?"

Məsələyə Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli aydınlıq gətirib. Onun sözlərinə görə, Xəzər dənizində baş verən zəlzələlər ciddi dəyişklik yaradacaq gücdə deyil.

Xəzər Dənizində çuxurların yarandığını təsdiqləyən baş direktor bunu başqa səbəblərlə əlaqələndirib.

Qurban Yetirmişli əlavə edib ki, vətəndaşlar aidiyyəti qurumların çağırışlarına diqqət etməli və küləkli havada dənizə getməməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.