Cəmiyyət

Qaçaq Mayılın qızı vəfat etdi

31 İyul 2023 11:58
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalqımızın qəhrəman oğlu, uzun illər Şura hökumətinə qarşı dəyanətlə mübarizə aparmış tarixi şəxsiyyət Qaçaq Mayılın qızı Seyrə xanım 101 yaşında vəfat edib.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, Seyrə xanım bu gün saat 13-də Qonaqkənddə, atasının uyuduğu məzarlıqda torpağa tapşırılacaq.

Sənəddə təvəllüdü 1922-ci il göstərilən, özünün söylədiyinə görə isə doğum ili təxminən 1916-cı ilə təsadüf edən Seyrə xanım tez-tez "Ay işığı" ədəbi məclisinin qonağı olub, Qaçaq Mayılın taleyi və mübarizə yolu haqqında çox mətləbləri anladıb, çox sirləri açıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.