Cəmiyyət

Düyü bahalaşır, qıtlıq yarana bilər? - VİDEO

21 İyul 2023 10:58
Baxış: 1 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda düyünün idxalı və idxal qiyməti artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,söhbət Azərbaycan mətbəxinin olmazsa olmazı sayılan düyüdən gedir. Bu ilin 6 ayı ərzində ölkəyə düyü idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. Eyni zamanda, ötən il 1 ton düyünün orta idxal qiyməti 842 dollar olsa da, bu il bu rəqəm 892 dollar təşkil edib. Yəni, orta idxal qiymətində də 50 dollar artım var.

Beynəlxalq reytinq agentliklərinin araşdırmalarına görə, qlobal düyü bazarı bu il son 20 ilin ən böyük qıtlığını yaşayacaq.

"Bəs bu vəziyyətin səbəbləri nələrdir?"

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iyun ayında ölkədə yerli uzun düyünün qiyməti 5 manat 30 qəpik, idxal edilən uzun düyünün 1 kiloqramının qiyməti isə 4 manat 6 qəpik olub. May ayı ilə müqayisədə, demək olar ki, qiymətlər dəyişməz olaraq qalıb.

İqtisadçı deyir ki, məhsulun həcmində müəyyən azalmalar olsa da, ölkədə ciddi qıtlıq gözlənilmir. Bu dövr ərzində cüzi bahalaşma isə qaçılmazdır.

Rəşad Həsənov deyir ki, qıtlıq və bahalaşma baxımından əsas təzyiq ətlə ola bilər.

Ekspertlər düyü qiymətlərinin 20-30 faiz artacağını proqnozlaşdırır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.