Cəmiyyət

Yayın ortasında Zaqatalada göl buz bağladı - VİDEO - FOTO

10 İyul 2023 20:30
Baxış: 1 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda göl buz bağlayıb.

Milli.Az bildirir ki, bu barədə lent.az-a dağçı Elvin Məmmədov (Rutidu Elvin) məlumat verib.

Bir müddət əvvəl Azərbaycan-Dağıstan sərhədinin Zaqatala rayonu ərazisinə düşən hissəsində yerləşən Xalaxı gölünə (Xalaxel) səfər edən E.Məmmədov əraziyə qar yağmasının, gölün isə buz bağlamasının şahidi olub. 

Dağçı qarşılaşdığı mənzərənin fotosunu da təqdim edib. 

Qeyd edək ki, Xalaxı gölü Böyük Qafqaz sıra dağlarının cənub ətəyində Böyük və Kiçik Samalit zirvələri arasında dəniz səviyyəsindən 3060 metr yüksəklikdə yerləşir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.