Cəmiyyət

Bayramın son günündə qurbanlıq heyvanlar UCUZLAŞDI... - VİDEO

30 İyun 2023 09:31
Baxış: 1 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alıcıların sayı azalıb, satıcılar isə qurbanlıq heyvanları satıb-bitirmək üzərədirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bayramın ikinci günündə də insanlar qurbanlıq heyvanları almaq üçün satış məntəqələrinə üz tutublar.

Satıcılar bildirir ki, artıq bayramın ikinci günü olduğu üçün qiymətlərdə də endirimlər edirlər.

"Məqsəd rayondan xərc çəkib, gətirdikləri heyvanları satıb, bitirməkdir".

Qeyd edək ki, ötən il ilə müqayisədə bu il quzu qiymətləri bahalaşıb.

"Ötən il 15-16 manata satılan quzu əti bu il 17-18 manata təklif edilir".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.