Cəmiyyət

Taksilərə taksometr quraşdırılacaq? - Nazir müavinindən açıqlama

24 İyun 2023 15:16
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz olması və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə proses telefonla idarə olunduğu üçün yenidən taksometrin taksilərə qoşulmasına ehtiyac duymuruq".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib

Nazir müavini qeyd edib ki, vətəndaşlar smartfondan istifadə etməsə, bu zaman cihaz qoşula bilər: "Sürücü reysqabağı müayinə olunacaq. Hazırda başqa ölkələrin də təcrübəsini nəzərə alaraq taksopark və qarajların yaradılması lazımdır. Vətəndaş və məmur təması olmaması üçün bu prosesi müasir cihazlar vasitəsilə quracağıq. Biz sadəcə şəraitin sahibkar tərəfindən qarajlarda yaradılmasına nəzarət edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.