Cəmiyyət

Bakıda məşhur kafe bağlandı - FOTO

17 İyun 2023 23:07
Baxış: 2 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda fəaliyyət göstərən əfsanəvi "Hard Rock Cafe" bağlanıb.

Milli.Az xəbər verir ki, kafe əməkdaşları iqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin obyektin bağlanmasının səbəbi məlum deyil: "Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır".

Qeyd edək ki, "Hard Rock Cafe" kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, Rolls-Royce avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox "Hard Rock Cafe"nin fəaliyyət göstərdiyi qeyd olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.