Piyadalara yol verməyən sürüclərə keçən il 500 min, bu il isə 250 min manata yaxın cərimə yazılıb.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin müşahidə kameralarına düşən, qayda pozan sürücülər cərimələnib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, bu hal əsasən nizamlanmayan piyada keçidlərində qeydə alınır.
Ömər Xıdırov bildirib ki, elə təkcə son 5 ay ərzində piyadalara yol verməyən sürücülərə ümumilikdə 250 min manata yaxın cərimə tətbiq edilib.
Bəzi sürücülər bu cərimələrə haqq qazandırır, bəziləri isə piyadaları günahlandırır.
Buna səbəb kimi isə ya piyadanın anidən yola çıxmasını, ya da piyadaların yoldan düzgün istifadə etməməsini göstərirlər.
Qurumdan o da bildirilib ki, bir sıra sürücülər müşahidə kameralarının olduğu piyada keçidlərində piyadalara yol verirlər, lakin kameraların olmadığı keçidlərdə bu qaydaya əməl etmirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az