Cəmiyyət

Xırdalanda parkda baş verən faciənin ƏSL səbəbi nədir? - VİDEO

14 İyun 2023 14:00
Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Xırdalanda qadının attraksiondan yıxılaraq dünyasını dəyişməsi bu cür qurğulara nəzarət və təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, belə ki, övladları ilə birlikdə delfin şəkilli karuselə minən 36 yaşlı Minayə Nuriyevanın karuselin 2-ci qoşqusundan yıxıldığı bildirilir.

"Ağır xəsarətlər alan qadın  xəstəxanada vəfat edib."

Bəs 5 dəqiqəlik əyləncəni ölümə çevirən maşına necə nəzarət olunur?

Bu cür hadisələrin baş verməməsi üçün öncədən qabaqlayıcı tədbirlər görülürmü?

Atraksiona baxarkən vəziyyətin heç də ürəkaçan olmadığı qənaətinə gəlmək olar. Ancaq qurğunun nəzarətçisi Tural Yusifov hadisə zamanı təhlükəsizliklə bağlı bütün tədbirlərin görüldüyünü deyir.

Hadisə şahidləri və parka gələnlərin isə hadisə və attraksionlara nəzarətlə bağlı fikirləri müxtəlifdir.

Zərərçəkmiş tərəfin də fikirlərini öyrənmək üçün Minayə Nuriyeavnın Xırdalan şəhər Səttar Bəhlulzadə küçəsində yerləşən evinə yollandıq. Qonşular bildirdilər ki, dəfn mərasimi ilə bağlı  ailə hazırda rayonlardan birindədir.

Baş Prokuroqluqdan isə "Xəbər Ertəsi"nə bildirildi ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.