Cəmiyyət

“Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq

4 İyul 2025 16:17
Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 5-də "Sea Breeze"də baş tutacaq "Yay musiqi konserti"ndə iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb.

Milli.Az xəbər verir ki, ziyarətçilərin saat 16:30-dan 20:00-dək metronun "Koroğlu" stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən ("Atletlər kəndi") "Sea Breeze"ə, saat 23:30-dan 01:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.

"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə edilir.  

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.